Yamac qoynunda taxta ev

Yaponiyanın “Life Style Koubou” memarlıq bürosunun layihəsi ilə bu ölkənin İbaraki şəhərində birmərtəbəli taxta ev inşa olunub.

Təbiətin qoynunda, yamacların birində tikilən ev iki möhtəşəm sütun üzərində dayanır. Evin bir hissəsində ümumi istifadə üçün yerlər, nahar otağı və mətbəx, digərində isə yataq otaqları yerləşir. Ev çoxsaylı kiçik pəncərələrdən ibarətdir ki, buradan da ətrafa gözəl mənzərə açılır.

Layihə müəllifləri hesab edirlər ki, evin mühəndis həlli zaman keçdikcə onu əhatə edən mühitlə daha sıx təmasa imkan verəcək.

Proyektinizə başlamağa hazırsınız?

Niyə bir fincan çay içmək üçün bizə qoşulmursunuz? Söhbət etmək və ya proyekt haqqında ideyalarınıza qulaq asmaq bizə xoşdur.

Əlaqə